İstilik pulunu ödəyə bilməyənlərin NƏZƏRİNƏ: Yeni güzəşt imkanı açıqlandı

İstilik pulunu ödəyə bilməyənlərin NƏZƏRİNƏ: Yeni güzəşt imkanı açıqlandı
Sosial 27

"Əvvəlcə abonentə borcu barədə məlumat verilir. Borcu birdəfəlik ödəməkdə çətinlik çəkən şəxslər müraciət edərək ödəniş qrafikindən yararlana bilərlər".

Bu sözləri BAKU.WS-ə açıqlamasında "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.

O əlavə edib ki, hesablamaya etirazı olan abonentlər də məsələnin araşdırılması üçün bizə müraciət edə bilərlər6

"Vaxtında ödəniş istilik xidmətinin gündəlik xərclərinin qarşılanmasına və bütün abonentlərə verilən istilik təchizatı xidmətinin yaxşılaşdırılmasına kömək edir. Borc uzun müddət ödənilmədikdə, ödənişin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edilə bilər.

Ödəniş etməkdən imtina edən abonentlərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş icbari tədbirlərin görülməsində əsas məqsəd göstərdiyimiz xidmətin xərclərini vaxtında qarşılamaq, xidmət səviyyəsinin aşağı düşməsinin qarşısını almaq və bu minvalla ödənişlərini vaxtında edən digər abonentlərin hüquqlarının qorumaqdır".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər