SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Gürcüstanın üçüncü böyük şəhəri sayılan Batumidə leysan yağışları və güclü qasırğa daşqınlara səbəb olub.

BAKU.WS məlumat verir ki, şəhərin dəmiryolu stansiyaları, ticarət mərkəzləri, binalarn birinci mərtəbələri su altında qalıb. Onlarla ailə şəhəri tərk edib.

Şəhərə paytaxt Tiflisdən və Kutaisidən əlavə xilasetmə qüvvələri göndərilib, əhalinin bir qismi işıqsız qalıb. 

"Mütəmadi olaraq şəhərin hər bir rayonunda yaranmış vəziyyətlə bağlı məlumat alırıq. DİN, FHN və patrul polisi ilə əməkdaşlıq edirik. Təəssüf ki, şəhərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Təcili yardım xidməti və bələdiyyə nəqliyyatı problemsiz çalışır. Suların çəkilməsi ilə bağlı işlərə başlamaq niyyətindəyik. Hazırkı mərhələdə əlimizdə olan texnika işlərin aparılması üçün tam kifayət edir. Lazım gəldikdə əlavə qüvvələr cəlb olunacaq", - deyə şəhər meri mətbuata açıqlamasında bildirib.
 
Ayşən Ayxan
BAKU.WS