İnterpol Dağlıq Qarabağa qanunsuz səfər edən milyonerin axtarışını dayandırdı
İnterpol Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionuna qanunsuz olaraq səfər edən rusiyalı iş adamı German Sterliqovun axtarışını dayandırıb.
"Report" xəbər verir ki, bu barədə "Rusnovosti" nəşrinə açıqlamasında iş adamının vəkili Artur Ayrapetov bildirib.
"İnterpol siyasi motivlərə görə təqib olunan şəxsləri axtarışa vermir, çünki bu nizamnaməyə ziddir. İnterpol komissiyası Sterliqovun Azərbaycan tərəfindən təqibini məhz siyasi olaraq qəbul edib. Onun adı təqribən 10-15 gün İnterpolun axtarış bazasında qalıb, lakin avqustun 21-dən beynəlxalq axtarış dayandırılıb", — deyə hüquqşünas bildirib.
Azərbaycan Baş Prokurorluğunun iyulun 28-də rusiyalı iş adamı German Sterliqovla bağlı yaydığı məlumatda bildirilirdi ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində "German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri G.Sterliqov və digərlərinin Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçərək Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə gəlmələri və dövlət əleyhinə yönələn açıq çağırışlar etmə əməlləri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq istintaq tədbirləri davam etdirilir.
Bəyatanda qeyd olunurdu ki, ittiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 28 iyul 2015-ci il tarixdə G.Sterliqov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
"Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün "İnterpol”un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir", - deyə bəyanatda bildirilib.
Ondan sonra Ayrapetov qeyd etmişdi ki, Sterliqov Ermənistandan Rusiyaya qayıda bilməz, çünki erməni sərhədçiləri ona Moskvaya uçmağa cəhd göstərəcəyi təqdirdə saxlanıla biləcəyini xəbərdarlıq etmişdilər.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda daha bir iş adamı barəsində cinayət iş başlanıb
Azərbaycanda yenə də şirkət rəhbərlərindən biri axtarışa verilib. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Şatl...