Fətullah Gülənin otağında axtarış
Türkiyənin İzmir şəhərində "paralel hökumət"inə dəstək verən 29 təhsil ocağında əməliyyat keçirilib.
BAKU.WS-in məlumatına görə, əməliyyatlar zamanı 9 nəfər saxlanılıb. Onlar terror təşkilatına yardım etdikləri iddiaları ilə ələ keçirilib. Təşkilatın bir nömrəli adamı Fətullah Gülənin otağında da araşdırma aparılıb.
Maliyyə Cinayətləri Mübarizə Şöbəsinin əməkdaşları 6 nəfərin axtarışını davam etdirir. Axtarışlar zamanı məktəblərdəki sənədlər araşdırılır və kompüterlərin yaddaşındakı məlumatlar araşdırılması üçün götürülüb.
Kayseri şəhərində də istintaq daxilində bir təhsil ocağında axtarış başlayıb. Təhlükəsizlik orqan əməkdaşları məktəbdəki sənəd və kompüter qeydlərinə araşdırmaq məqsədiylə əl qoyub.
Oxşar xəbərlər
Polisdən civə əməliyyatı
Bakı sakini civə satarkən saxlanılıb. BAKU.WS Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əmək...