Putin: Azərbaycan Şimal-Cənub dəhlizinin reallaşdırılmasını dəstəkləyir
Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılmasını dəstəkləyir və bu layihəni perspektivli hesab edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında bildirib.
"Diqqətinizə çatdırmaq istəyirəm ki, marşrutun bir hissəsi Azərbaycan ərazisindən keçməlidir. Azərbaycan bu layihənin həyata keçirilməsini dəstəkləyir və onu perspektivli hesab edir", – deyə Putin bildirib.
Rusiya Prezidenti həmçinin layihənin reallaşdırılması üçün zəruri kredit vəsaitlərinin ayrılmasına Rusiya tərəfinin hazır olduğunu açıqlayıb.
"Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə gəlincə, biz kredit resursları ayırmağa hazırıq. Bunun üçün müvafiq maliyyə vəsaitlərimiz nəzərdə tutulub", – deyə o qeyd edib.
Putinin sözlərinə görə, bu mərhələdə İran tərəfi işin öz üzərinə düşən hissəsini yerinə yetirməlidir
Oxşar xəbərlər
Azərbaycan ordusunda yeni mərhələ: Müasir artilleriya sistemlərinin lokallaşdırılması nə vəd edir?
Çexiyanın CSG şirkəti "ADEX 2026" sərgisində özüyeriyən haubitsa modelini təqdim edib. BAKU.WS Baku TV-yə istinadla xəbər verir ki, "Morana" tam NATO standartla...