Daxili İşlər Nazirliyi (DİN) müğənni Tacir Şahmalıoğlunun qardaşının dənizdə batması faktı ilə bağlı məlumat yayıb.

BAKU.WS-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 31-də Sumqayıt şəhəri ərazisindəki dəniz çimərliyində Bakı şəhər sakini Mahir Allahverdiyev dənizdə skuter sürərkən yıxılaraq boğulub.

 

Hazırda meyitin sudan çıxarılması üçün tədbirlər görülür.

Dünyasını dəyişən Mahir Allahverdiyev tanınmış müğənni Tacir Şahmalıoğlunun kiçik qardaşıdır. Müğənninin sözlərinə görə, Mahir Allahverdiyevin 2 azyaşlı övladı var. Mahir Allahverdiyev Tacir Şahmalıoğlunun kiçik qardaşıdır.

Allah rəhmət eləsin!

 

Ziya Səccad 

BAKU.WS