Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır.
Bu barədə BAKU.WS-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, valideynlər övladlarını mygov platforması vasitəsilə sentyabrın 14-ü saat 15:00-dan başlayaraq sentyabrın 25-i saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər.
Qeyd edək ki, yeni maliyyələşmə modelinin əsas məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması, məktəbəqədər təhsil xidmətlərinə əlçatanlığın artırılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.
Oxşar xəbərlər
Paytaxtda zibil qutuları niyə qıfıllanıb? - Şikayətə rəsmi reaksiya
Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində zibil qutularının qıfıllanması sakinlərin narazılığına səbəb olub. Sakinlərin sözlərinə görə, məişət tullantılar...