"Qarabağ" rəsmisi: "Abdullah Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur"
Yeniliklərdən dərhal xəbərdar olun
Abdullah Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur.
BAKU.WS xəbər verir ki, bunu report-a "Qarabağ"ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev deyib.
O, Səudiyyə Ərəbistanının "Əl-Oruba" kollektivinə keçidi baş tutmayan Abdullah Zubirin Ağdam təmsilçisinə qayıtmaq ehtimalı barədə danışıb:
"Abdullah Zubir artıq "Qarabağ"dan ayrılıb. Onunla bağlı bizdə əlavə, yeni məlumat yoxdur. Bilinən odur ki, hazırda azad agent statusu daşıyan oyunçudur. Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur".
Qeyd edək ki, 2018-ci ilin yayında "Qarabağ"a qoşulan Abdullah Zubir ötən ay komandadan ayrılıb.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...