Gürcüstandan qalxan təyyarə Rize sahillərində dənizə məcburi eniş edib
09
sen
2026
16:30
Gürcüstanın Batumi şəhərindən havaya qalxan iki nəfərlik xüsusi təyyarə Türkiyənin Rize sahillərində dənizə məcburi eniş edib.
BAKU.WS xəbər verir ki, Batumidən Ordu-Giresun hava limanına uçan təyyarə mühərrikində yaranan nasazlıq səbəbindən Rize-Artvin hava limanı yaxınlığında dənizə enib.
Hadisə ilə bağlı əraziyə Sahil Mühafizə Komandanlığının bir gəmisi, iki qayığı və dalğıc qrupu göndərilib.
Xilasetmə əməkdaşları təyyarədə olan iki nəfəri şüurları açıq vəziyyətdə sudan çıxarıblar.
Onlar ehtiyat tədbiri olaraq Kaçkar Dövlət Xəstəxanasına aparılıb.
Oxşar xəbərlər
Britaniyada "Boelo" fırtınası 57 mindən çox evi işıqsız qoyub
Böyük Britaniya və İrlandiyada tüğyan edən "Boelo" fırtınası nəticəsində 57 mindən çox evin elektrik enerjisi təchizatı kəsilib. BAKU.WS xəbər verir ki, "Sky Ne...