Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib.
Faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi saytımıza təsdiqləyib.
"Anası tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.
Uşağın səhiyyə müəssisəsində mövcud vəziyyəti qiymətləndirilib və o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək", - agentliyin məlumatında qeyd olunub.
Qeyd edək ki, körpənin və ananın şəxsi məlumatları etik və hüquqi səbəblərdən açıqlanmır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....