8 aylıq qız uşaq zorlandı, bütün ölkə ayağa qalxdı - DƏHŞƏTLİ OLAY
30
yan
2018
15:50
Hindistanın paytaxtı Dehlidə 8 aylıq bir körpə yaxın qohumu tərəfindən təcavüzə uğrayıb. BAKU.WS-in məlumatına görə, bazar günü xəstəxanaya aparılan körpənin vəziyyəti kritikdir. Polis təcavüzdə ittiham olunan 28 yaşındakı şəxsin həbs olunduğunu açıqlayıb. Körpənin xəstəxanada ziyarət edən Delhi Qadın Komissiyasının sədri Sveti Malival körpənin qorxunc vəziyyətdə olduğunu söyləyib. Malival Twitter hesabından paylaşdığı mesajında balaca qızın 3 saat davam edən bir əməliyyatdan çıxdığını bildirib. Uşaq xəstəxananın reanimasiya şöbəsində ürək dağlayan fəryad edib. NazimBAKU.WS
Oxşar xəbərlər
İnsanlığa sığmayan hadisə: Beşgünlük körpə valideynləri tərəfindən tərk edilib - VİDEO
Sumqayıtda insanlığa sığmayan bir hadisə yaşanıb. Beşgünlük körpə sırf xəstə olduğu üçün valideynləri tərəfindən atılıb. Bu hadisənin üzərindən 4 ay vaxt keçib,...