Azərbaycanda şok olay: 15 günlük uşaq küçəyə atılıb

Azərbaycanda şok olay: 15 günlük uşaq küçəyə atılıb
Hadisə 4372
Azərbaycanda 15 günlük körpə kimsəsiz qalıb.BAKU.WSfemida.az-a istinadən xəbər verir ki, uşaq dekabrın 6-da Sumqayıtda dünyaya gəlib. Ancaq ana uşağı nikahdan kənar dünyaya gətirdiyi üçün ondan imtina edib. Körpənin anası əvvəl evli olub, boşandıqdan sonra başqası ilə münasibət qurub. Məlumata görə,uşaq atıldıqdan sonra onu tapan şəxs bir müddət kafedə sxlayıb.Hazırda oğlan uşağı olan körpənin qanun çərçivəsində körpələr evinə verilməsi üçün iş aparılır. Artıq məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə də münasibət bildirib. O qeyd edib ki, məlumatı paylaşan şəxsə bildirdim ki, uşağın şəklini açıq qoymaq olmaz:“Bu konkret insan alveri demək olar. Bununla bağlı mütləq rayon icra hakimiyyətinə və polisə məlumat vermək lazımdır. Qanuna uyğun olaraq uşaq körpələr evinə təhvil verilməlidir”.BAKU.WS

Son xəbərlər