Müəllimindən hamilə qalan qız körpəsindən imtina etdi
Şamaxı rayonunun Pirbəhli kəndində müəllimi tərəfindən zorlandığını iddia edən məktəbli qız dünyaya gətirdiyi körpədən imtina edib.
BAKU.WS məlumat verir ki, bu barədə AzVision.az-a daxil olan məlumatı Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasova təsdiqləyib. Onun sözlərinə görə, ana körpəsindən imtina etməsi ilə bağlı ərizə yazıb.
"Bir ay öncə həmin xanım bizə müraciət etdi. Onun qızı dünyaya gəldi. Uşaq doğulanda atasının həbsxanada olduğunu dedi və uşaqdan imtina etmək istədiyini bildirdi. İmtina barədə ərizəni yazıb xəstəxanadan getdi. Uşaq bir ay xəstəxanada qaldı. İki gün əvvəl həmin uşağı akt yazaraq rəsmi şəkildə 1 nömrəli körpələr evinə yerləşdirdik”- deyə şöbə müdiri vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Şamaxı rayon sakini azyaşlı qız müəllimi Elnur İbrahimov tərəfindən zorlandığını bildirmişdi. Bu məsələ ölkə gündəmində ciddi ajiotaj yaratmışdı.
Məktəbli qız müəllimindən hamilə qaldığını bildirmişdi.
Ekspertizanın rəyinə əsasən, zorlandığını iddia edən məktəbli qız bakirədir. Məlum hadisə ilə bağlı Elnur İbrahimov polis tərəfindən saxlanılıb. Barəsində cinayət işi açılıb.
Xatırladaq ki, Elnur İbrahimovun 25 yaşı var. Ailəli olan müəllim 2 uşaq atasıdır. O, məlum hadisəyədək Şamaxıda kollecdə tarix müəllimi işləyib.
BAKU.WS
Oxşar xəbərlər
Salyanda it dişləyən 10 yaşlı uşaq öldü
Azərbaycanda itin dişlədiyi 10 yaşlı oğlan quduzluqdan ölüb. Bu barədə ANS PRESS-ə Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yolux...