Lənkəranda 6 günlük körpəni öldürən şəxsin kimliyi məlum olub

Lənkəranda 6 günlük körpəni öldürən şəxsin kimliyi məlum olub
Hadisə 4954

Lənkəranda 6 günlük körpənin kim tərəfindən öldürülərək quyuya atıldığı məlum olub.

BAKU.WS xəbər verir ki, "Report"un Cənub bürosunun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, körpənin nənəsi Valiyə Nurullayeva istintaqa ifadəsində nəvəsini öldürərək quyuya atdığını etiraf edib.

V.Nurullayeva istintaqa ifadəsində körpənin yatan yerdə bədəninə iynələr yeritdiyini deyib. O, etdiyi cinayətin səbəbini də açıqlayıb. Bildirib ki, ailənin ikinci övladı da qız olub və o, qız deyil, oğlan nəvəsi istəyib. "Buna görə də qızı öldürdüm", - V.Nurullayeva ifadəsində bildirib.

V.Nurullayeva öldürülən körpənin nənəsi olmaqla yanaşı, həmçinin körpənin anasının xalası olub.

Qeyd edək ki, hadisə ilə bağlı DİN də rəsmi məlumat yayıb. Rəsmi  məlumatda bildirilib ki, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in "102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib.

Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.

Hadisə yerinə gələn Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən uşağın meyiti su quyusundan çıxarılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

BAKU.WS

Son xəbərlər