Bakıda müdir müavini quyuya düşdü - 40 gün sonra tapıldı (FOTO)
Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları Bakıda düz 40 gün qabaq itkin düşmüş kişinin meyitini tapıblar.
BAKU.WS xəbər verir ki, Nizami RPİ-dən virtualaz.org-a verilən məlumata görə, Bakı sakininin müəmmalı şəkildə yoxa çıxması faktı bir ay əvvəl sosial şəbəkələrdə də qızğın müzakirə olunurdu.
İtkin düşmüş şəxsin yaxınlarının və tanışlarının dediyinə görə, həmin adam gecə toydan qayıdanda itkin düşüb. Kişi sərxoş olub, yolu azıb və dərin bir quyuya düşüb. Özünə gələndən sonra isə iki qardaşı ilə telefon əlaqəsi saxlayıb. Onlara haradasa dərin bir quyuya düşdüyünü bildirib, amma dəqiq ünvan deyə, harada olduğunu başa sala bilməyib. Onun axtarışlarına başlanılsa da nəticə əldə edilməyib.
Bu gün axşam isə Nizami RPİ əməkdaşları 1962-ci il təvəllüdlü Fuad Həsən oğlu Hadiyevin meyitini "Azərsutikinti” xəstəxanasının yaxınlığındakı fərdi torpaq sahəsində qazılmış lift şaxtasında tapıblar. Quyu 5 metr dərinlikdə olub. F.Hadiyevin meyitini sputnik monitorinqinin köməyi ilə aşkarlamaq mümkün olub.
Məlum olub ki, F.Hadiyev qardaşları ilə ilk iki gün ərzində telefon əlaqəsi saxlaya bilib. Sonra isə telefonun batareyası ölüb və əlaqə kəsilib.
O da məlumdur ki, F.Hadiyev toydan qayıdanda "Dakar” gecə klubunun müşahidə kameralarına düşüb. Bu klub isə mərhumun düşdüyü quyuya yaxın ərazidədir.
F.Hadiyevin qardaşları onun çürüyüb dağılmış meyitini paltarlarından və mobil telefonundan tanıyıblar.
APA-nın məlumatına görə, o, "Qaya” Mətbuat Yayımının Marketinq şöbəsinin müdir müavini vəzifəsində çalışırmış.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 45 yaşlı kişi axtarılır (FOTO)
Bakıda 49 yaşlı kişi itib. İtkin düşən şəxsin qardaşı oğlu Elvin Şahverdiyevin BAKU.WS-ə verdiyi məlumata görə, əmisi 1965-ci il təvəllüdlü Taleh Qəhrəman oğlu...