Kəsəyənlər 4 aylıq körpəni parçaladı

Kəsəyənlər 4 aylıq körpəni parçaladı
Hadisə 2564

 

Meksikanın paytaxtı Mexikoda dəhşətli hadisə baş verib.

BAKU.WS-in məlumatına görə, dörd aylıq uşağı kəsəyən yeyərək öldürüb. 18 yaşındakı Lizbet Jeronima Fuentes Munquya adlı gənc qadın ötən bazar ertəsi axşam saatlarında bir partiyə gedib.

Gənc ana dörd aylıq körpəsini evdə nənəsi ilə tək qoyub. Səhər erkən saatlarda evinə dönən qadın körpəsini beşikdə cansız yatarkən görüb. Təcili olaraq körpəsini xəstəxanaya aparan qadın həkimlərdən şok xəbər alıb.

Məlum olub ki, xəstəxanada dünyasını dəyişən körpənin ölümünə kəsəyənlər səbəb olub. Talehsiz körpənin üzünün bir hissəsi, barmaqları və bədəninin yarısını siçanlar yeyib. Bu hadisədən sonra gənc ana polis tərəfindən həbs olunub. Körpənin adı açıqlanmayan nənəsi də körpəni yalnız buraxdığı üçün sorğuya alınıb. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər