Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Bakıda yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olan 18 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, bir müddət əvvəl Binəqədi rayonu Xocasən qəsəbə sakini, 14 yaşı hələ tamam olmamış Z.Abdulovanın (ad və soyad şərtidir) hamilə olması müəyyənləşib.
Yetkinlik yaşına çatmayan qız hamiləliyin altıncı ayında ölü döl doğub. Faktla bağlı polisə məlumat verilib. Nəticədə 13 yaşlı qızla münasibətdə olan 18 yaşlı Camal Babayevə (ad-soyad şərtidir) cinayət işi açılıb.
Məlum olub ki, Camal həmin qızın yaşadığı binanın həyətində meyvə-tərəvəz satışı ilə məşğul olub və onlar tanış olaraq münasibət qurublar.
Faktla bağlı toplanmış materiallar əsasında C.Babayevə Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri - 14 yaşına çatmamış şəxsə qarşı) maddəsi ilə iş açılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə əməldə zorakılıq olmaması müəyyən edilib. C.Babayevin məcəllənin 152.2-ci, yəni 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi ilə cəzalandırılmasına qərar verilib. Ona dörd il həbs cəzası verilib.
Oxşar xəbərlər
Gəncədə Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onunla əlaqəli şəxslərlə bağlı daha bir məsələ məhkəmə müs...