"BakuBus" sürücülərindən Milli Musiqi Gününə özəl layihə: Depoda "İntizar" sədaları
"BakuBus" MMC-nin sürücü əməkdaşları 18 Sentyabr - Milli Musiqi Günü münasibətilə qurumun və ölkəmizin tarixində ilk dəfə olaraq tamamilə fərqli və yaradıcı bir layihəyə imza atıblar. Hər gün sərnişinləri mənzilbaşına təhlükəsiz çatdıran sürücülər, bu dəfə sükan arxasında deyil, mikrofon qarşısında öz məharətlərini və incəsənətə olan sevgilərini nümayiş etdiriblər.
Layihə çərçivəsində sürücülərimiz Azərbaycan musiqi tarixinin unudulmaz əsərlərindən olan, Elmira Rəhimovanın ifasında sevilən "İntizar" ("Vəfadarım mənim") mahnısını ifa ediblər. Sözləri Südabə Şəfaya, musiqisi isə Nüşabə Muradovaya məxsus olan bu lirik əsər sürücülərin səmimi ifasında tamamilə yeni bir rəng qazanıb.
Xüsusi olaraq qeyd edilməlidir ki, çəkilişlər ənənəvi studiyalarda deyil, birbaşa "BakuBus"ın deposunda həyata keçirilib. Qeyri-adi sənaye mühiti ilə diqqət çəkən depo, musiqinin gətirdiyi duyğu yüklü ab-hava ilə mükəmməl bir harmoniya yaradıb.
"BakuBus" tərəfindən vurğulanıb ki, bu təşəbbüsün əsas məqsədi ictimai nəqliyyat sahəsində çalışan insanların gündəlik gərgin iş rejiminin arxasında yatan zəngin daxili dünyalarını ictimaiyyətə çatdırmaqdır. Bu qürurverici və fərqli layihənin ərsəyə gəlməsində əsas pay sahibi olan istedadlı sürücülərimizə və bizə dəstək göstərən hər kəsə dərin minnətdarlığımızı bildiririk.
Oxşar xəbərlər
"Norm" ASC 2025-ci ildə rekord gəlir əldə edib
"Norm" ASC 2025-ci il üzrə audit olunmuş maliyyə nəticələrini açıqlayıb. Sözügedən ildə ölkədə sement bazarının 3,5% kiçilməsinə baxmayaraq, şirkətin satışdan g...