İnsanlığa sığmayan hadisə: Beşgünlük körpə valideynləri tərəfindən tərk edilib - VİDEO

İnsanlığa sığmayan hadisə: Beşgünlük körpə valideynləri tərəfindən tərk edilib - VİDEO
Video
Hadisə 1637
Sumqayıtda insanlığa sığmayan bir hadisə yaşanıb. Beşgünlük körpə sırf xəstə olduğu üçün valideynləri tərəfindən atılıb. Bu hadisənin üzərindən 4 ay vaxt keçib, ancaq körpənin valideynlərindən səs-səmir çıxmır. Hazırda körpə sumqayıt xəstəxanalarından birindədir.Beşgünlük körpə valideynləri tərəfindən tərk edilib. O, səhhətində bəzi problemlər olduğu üçün xəstəxanaya gətirilib və artıq 4 aydır ki, ordadır. Acınacaqlı hadisə Sumqayıtda yaşanıb. Körpə ötən ilin sentyabr ayında Sumqayıt şəhər uşaq xəstəxanasına nənəsi tərəfindən yoxlanma adı ilə gətirilib. Üzərindən 4 ay keçsə də, balaca qızın nənəsindən və valideynlərindən bir xəbər yoxdur. Tibb müəssisəsindən "XəzərXəbər”ə bildirildi ki, körpənin valideynləri əslən Yardımlı rayonundan olan Namiq Əliyev və Gülmirə Əliyeva kimi qeyd olunub. Valideynlərin tapılması üçün artıq hadisə ilə bağlı aidiyyatı qurumlara müraciət olunub. Həkimlər deyirlər ki, balacanın sağlamlığında olan problemlər aradan qaldırılıb. Hazırda körpə tam sağlamdır. Uşağın yaxın vaxtlarda Səhiyyə Nazirliyinin qərarı ilə Bakı şəhərindəki körpələr evlərindən birinə köçürülməsi nəzərdə tutulub. BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər