Bakıda 7-ci mərtəbədən yerə yıxılan körpə sağ qaldı
04
sen
2017
09:34
Bakıda körpə 7-ci mərtəbədən yerə yıxılıb.BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda baş verib.Belə ki, Ə.Əliyev küçəsi, ev 52, mənzil 153 ünvanında yaşayan 2014-cü il təvəllüdlü Əliyev Kənan Nəsiyət oğlu valideyn nəzarəti olmadan mənzilin pəncərəsindən yerə yıxılıb.Xoşbəxtlikdən körpə öncə peyk antenasının üzərinə düşüb. Daha sonra ikinci mərtəbədə yerləşən antenanın üzərindən ağacın budağının üstünə yıxılıb.O, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndirir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda 2 yaşlı uşaq binadan yıxıldı, azyaşlı sağ qalıb
Bakıda körpə beşmərtəbəli binadan yıxılıb. BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, 2 yaşlı İsmayı...