Bakıda 2 yaşlı uşaq binadan yıxıldı, azyaşlı sağ qalıb
07
avq
2017
09:13
Bakıda körpə beşmərtəbəli binadan yıxılıb.
BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 2 yaşlı İsmayılzadə Yusif Seymur oğlu Cəmşid Naxçıvanski küçəsi 35 ünvanında yerləşən beşmərtəbəli binanın 2-ci mərtəbəsinin eyvanının pəncərəsindən yerə yıxılıb. Nəticədə körpə kəllə-beyin travması alıb.
O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlər Y.İsmayılzadənin vəziyyətini orta-ağır kimi qiymətləndirir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 1 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı
Bakıda 1 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yerə yıxılıb. BAKU.WS Report-a istinadən xəbər verir ki, bədbəxt hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə...