Bakıda 10 gündə 4 möcüzə

Bakıda 10 gündə 4 möcüzə
Hadisə 2740

Azərbaycanda son on gündə binadan yıxılan qızlardan 4-ü sağ qalıb. 

BAKU.WS-in məlumatına görə, fərqli səbəblərdən binadan yıxılan qızlar son anda ölümdən yaxa qurtara biliblər.

Ötən ayın 27-də Bakıda yaşayış binasının 9-cu mərtəbəsindən yıxılan 12 yaşlı qız sağ qalıb. Hadisə Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsi 232 ünvanında baş verib. Həmin ünvandakı binanın 13 saylı mənzilində yaşayan 2004-cü il təvəllüdlü Lamiyyə Namazova eyvandan yerə yıxılıb. Nəticədə azyaşlının ayağı sınıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Hadisə vaxtı L.Namazova evdə tək olub.

Oktyabrın 28-də də Bakıda analoji hadisə qeydə alınıb. Hadisə Xətai rayonu, M. Hadi küçəsi 80 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən binada yaşayan, 1973-cü il təvəllüdlü Vəfa Həsənağa qızı Babayeva yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Nəticədə o, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan dindirmək mümkün olmayıb.

31 oktyabr tarixində isə Xəzər rayonun Şimal Dress adlanan ərazidə intihar hadisəsi qeydə alınıb. Orada yaşayan 1990-cı il təvəllüdlü Humay Əlimərdanova yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. H.Əlimərdanovanın intihara cəhd etməsinin səbəbləri hələlik məlum deyil.

7 noyabr tarixində isə Qaradağ rayonunda binanın 3-cü mərtəbəsindən paltar asarkən yıxılan qız sağ qalıb. Hadisə rayonun Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsində baş verib. Həmin ünvanda yaşayan 1996-ci il təvəllüdlü Aygün Ağayeva binanın 3-cü mərtəbəsinin pəncərəsindən paltar asarkən yıxılıb.

Nazim Babayev

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər