Bakıda qadın özünü 16-cı mərtəbədən ataraq intihar edib
01
avq
2016
15:37
Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə iyulun 29-da rayonun Hidayətzadə küçəsi ev 49/51, mənzil 31 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1978-ci il təvəllüdlü Tamilla Tofiq qızı Mustafayeva yaşadığı 18 mərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 41 yaşlı qadın intihar edib
Bakıda intihar hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Binəqədi qəsəbəsi, 4-cü mədən, korpus-83, mənzil 2-də qeydə alınıb. Bakı şəhər sakini...