BAKIDA MÖCÜZƏ: 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxıldı, zədə almadı

12
iyn
2017
13:30
Bakıda 2 yaşlı uşaq ehtiyatsızlıqdan binanın 6-cı mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.
Lent.az xəbər verir ki, hadisə Qaradağ rayon Sahil qəsəbə B.Əliyev küçəsindəki 9 mərtəbəli binada baş verib. 2015-ci il təvəllüdlü Əli Hüseynli yaşadığı altıncı mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb. Xoşbəxtlikdən o, ikinci mərtəbədə yaşayan qonşunun quraşdırdığı paltar sərmək üçün iplərə ilişib və yüngül xəsarətlər alıb.
Azyaşlı daha sonra xəstəxanaya aparılıb və ciddi zədə almadığından evə buraxılıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda uşaq 5-ci mərtəbənin eyvanından yıxılıb
Bakının Nəsimi rayonu ərazisində ehtiyatsızlıqdan bədbəxt hadisə baş verib. BAKU.WS report.az-a istinadən bildirir ki, Ceyhun Səlimov küçəsi, 17 ünvanında yaşa...
