SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt şəhəri ərazisində təcili tibbi yardım avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan 7 nəfər evə buraxılıb.

Bu barədə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib.

Yanvarın 20-də Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili çağırışa gedərkən Hacı Zeynalabdin qəsəbəsində minik avtomobili ilə toqquşub. Hadisə yerinə gələn digər təcili yardım avtomobili də vurulub və nəticədə əraziyə 3-cü briqada cəlb edilib.

Hadisə nəticəsində təcili tibbi yardım briqadasının 7 əməkdaşı xəsarət alıb.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS