Sumqayıtda avtobus qəzasında yaralananlardan YENİ XƏBƏR
21
fev
2019
20:40
Sumqayıtda Sumqayıt şəhəri - H.Zeynalabdin qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 31 nəfərin 12-si evə buraxılıb.Bu barədə BAKU.WS-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Nazirlikdən bildirilib ki, hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında 19 nəfər müalicəsini davam etdirir:"Onların 6-sı reanimasiya, 7-si travmatologiya şöbəsinə yerləşdirilib, 1 hamilə qadın tibbi yardım almaq məqsədilə Sumqayıt Şəhər Doğum Evinə göndərilib.Qalan xəstələrə isə hazırda tibbi yardım göstərilir, onlardan bəziləri evə buraxıla bilər. Ümumilikdə is xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir".Qeyd edək ki, hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.BAKU.WS
Oxşar xəbərlər
Səhiyyə Nazirliyindən Sumqayıtda avtobus qəzasında yaralananlarla bağlı AÇIQLAMA
Sumqayıtda marşrut avtobusunun qəzaya uğraması nəticəsində yaralanan şəxslərdən 6 nəfəri reanimasiyaya yerləşdirilib.BAKU.WS-in məlumatına görə, bunu Trend-ə Sə...