Sumqayıtda daha bir kütləvi zəhərlənmə
Sumqayıtda kütləvi zəhərlənmə baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə modern.az-a Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının malicə işləri üzrə müavini Mirnazir Muxtarov məlumat verib.
Hadisə ötən gecə şəhərin Səməd Vurğun küçəsinin dənizkənarı istiqamətində zavodlar yerləşən ərazidə baş verib. Belə ki, axşam 23:40 radələrindən, 03:45-ə qədər 12 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına müraciət edib.
Zəhərlənənlərdən 11 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Mətanət Hacı qızı Abdullayevanın vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib və sonradan o da evə buraxılıb.
Məlumata görə, həmin şəxslər Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində olan müəssisələrdən birinin qarşısından keçərkən qazdan zəhərləniblər.
BAKU.WS
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolundakı qəzada xəsarət alan tələbələrin son vəziyyəti
Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında xəsarət alan tələbələrin durumu stabildir. BAKU.WS-in xəbərində bildirilir ki, Səhiyyə Nazirliyinin m...