Binə qəzasında yaralananların son durumu barədə AÇIQLAMA
09
okt
2018
11:40
“Bakıda 160 saylı marşrut avtobusunun qatarla toqquşması nəticəsində xəsarət alaraq ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1983-cü il təvəllüdlü Aygün Babayevanın vəziyyəti həkimlərin səyi nəticəsində yaxşılaşmağa doğru gedir”.BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib. O bildirib ki, xəstənin müalicəsi Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində davam etdirilir.Nazirlik rəsmisi əlavə edib ki, 3 saylı Şəhər Klinik Xəstəxanasında isə 8 nəfər qalıb: “Onlardan biri reanimasiyadadır. Elmi Tədqiqat Travmatologiya İnstitutunda isə hazırda bir nəfər müalicə olunur. Onun səhhəti qaydasındadır”.Qeyd edək ki, oktyabrın 1-də 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib, 40 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəsarət alanlardan 5-i azyaşlıdır. BAKU.WS
Oxşar xəbərlər
Binəyə gedən 160 saylı avtobus daha bir qəza törədib, yaralananlar var
Bakıda daha bir avtobus qəzası baş verib. BAKU.WS-in “Report”a istinadən məlumatına görə, hadisə aeroport yolunda qeydə alınıb. Belə ki, 160 saylı xətt üzrə hər...