Ağır qəzada xəsarət alanların son vəziyyəti ilə bağlı AÇIQLAMA

Ağır qəzada xəsarət alanların son vəziyyəti ilə bağlı AÇIQLAMA
Hadisə 1488
Xəzər rayonunun Binə qəsəbəsində qatarla avtobusun toqquşması nəticəsində yaralanan şəxslərin müalicələri davam edir.BAKU.WS xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, 3 saylı Şəhər Kliniki Xəstəxanasında hazırda 2 nəfər reanimasiya şöbəsindədir, həmin şəxslərin vəziyyəti ağır stabildir."7 nəfər travmatologiya şöbəsində, 1 nəfər müştərək travmatologiya şöbəsində, 2 nəfər isə uşaq travmatologiya şöbəsindədir. Onların vəziyyətləri stabildir, müalicələri davam edir. Kliniki Tibbi Mərkəzdə hazırda 3 nəfər var. Onlardan 2-i bu gün evə buraxılacaq. 1 nəfər isə reanimasiyadadır, vəziyyəti ağır stabildir”.Qeyd edək ki, oktyabrın 1-də Xəzər rayonu Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu qatarla toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 41 nəfər yaralanıb.BAKU.WS

Son xəbərlər