Bakıda dəhşətli avtobus qəzası barədə Səhiyyə Nazirliyindən AÇIQLAMA
12
iyl
2018
10:12
Bakının Qaradağ rayonu ərazisində baş verən ağır yol qəzasında 8 nəfər xəsarət alıb.Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu barədə Səhiyyə Nazirliyinə Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından məlumat verilib. “Yaralılardan 7 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzinə ("Semaşko") yerləşdiriliblər. Bir nəfər isə Respublika Xəstəxanasına göndərilib. 3 nəfərə isə hadisə yerində yardım göstərilib. Hadisədən sonra 2 nəfər Ələtdə 20-ci poliklinikaya müraciət edib. Həmin şəxslərin xəsarətləri ağır deyil. Qəzadan sonra bir qadın hadisə yerində vəfat edib. O, həkim gələnə qədər dünyasını dəyişib”, - deyə Pərviz Abubəkirov bildirib. Hazırda qəzada ölən və yaralananların kimliyi araşdırılır. Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Qaradağ rayonunda yol qəzası baş verib. "Kamaz" markalı yük maşını 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusa arxadan çırpılıb. Nəticədə, avtobus aşıb. Xəsarət alanlar barədə bir qədər sonra məlumat veriləcək. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hal-hazırda hadisə yerindədir. BAKU.WS
Oxşar xəbərlər
Bakıda dəhşətli avtobus qəzasında 17 nəfər yaralanıb (YENİLƏNİB) – VİDEO
Bakının Qaradağ rayonu ərazisində baş verən ağır yol qəzasında yaralanan 17 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzinə ("Semaşko") yerləşdiriliblər.Bu barədə BAKU.WS...