Gürcüstandan gələn avtobusun qəzaya uğrması ilə bağlı RƏSMİ AÇILAMA
01
iyn
2018
19:36
Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Qazax yolunda baş verən avtobus qəzası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. İdarənin şöbə rəisi, polis mayoru Rüfət Quliyev APA-ya bildirib ki, Bakı-Qazax yolunun 79-cu km-də, Hacıqabul rayonu ərazisində baş vermiş yol qəzasında 18 nəfər yox, 1 nəfər xəsarət alıb: “Hadisə günorta saat 12.30 radələrində üzü Bakı istiqamətində baş verib. Eyni istiqamətdə hərəkətdə olan üç nəqliyyat vasitəsi toqquşub. “Kamaz” arxadan “Mercedes”, “Setra” markalı sərnişin avtobusu isə “Kamaz”a çırpılıb. Nəticədə 60 nəfərin olduğu avtobusda yalnız 1 nəfər – sürücü xəsarət alıb. Digər 18 nəfər isə stress və şok vəziyyətində olduğu üçün tibbi yardım göstərilib”.BAKU.WS
Oxşar xəbərlər
Bakı-Qazax yolundakı avtobus qəzası ilə bağlı YENİ XƏBƏR - 30 yaralı
Hacıqabul rayonunda "Kamaz"la toqquşan nəqliyyat vasitəsi Bakı-Tbilisi sərnişin avtobusudur."Report"un yerli bürosu xəbər verir ki, Hacıqabul rayon Təcili Təxir...