Səhiyyə Nazirliyindən Sumqayıtda avtobus qəzasında yaralananlarla bağlı AÇIQLAMA
21
fev
2019
18:54
Sumqayıtda marşrut avtobusunun qəzaya uğraması nəticəsində yaralanan şəxslərdən 6 nəfəri reanimasiyaya yerləşdirilib.BAKU.WS-in məlumatına görə, bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.Onun sözlərinə görə, yaralılardan biri əməliyyat otağına götürülüb:"Yaralıların biri isə hamilə qadındır. Ölən yoxdur, amma vəziyyəti ağır olanlar var".Qeyd edək ki, hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.Avtobusda olan sərnişinlərdən 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Xırdalanda avtobus aşdı - Yaralı sərnişinlərdən XƏBƏR VAR - VIDEO (YENİLƏNİB)
Bakının Xocahəsən qəsəbəsində 119 saylı xətt marşrutu üzrə hərəkətdə olan avtobusun aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki T...