Bakıya gələn sərnişin avtobusu qəzaya düşdü – 1 ölü, 10 yaralı – VİDEO

Bakıya gələn sərnişin avtobusu qəzaya düşdü – 1 ölü, 10 yaralı – VİDEO
Video
Hadisə 5694

Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub. Hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat verib. Bildirilib ki, “Nissan” markalı minik maşını ilə "Hyundai" markalı sərnişin avtobusu toqquşub.Qəza nəticəsində ölən və yaralıların olduğu deyilir. Bildirilir ki, qəzaya uğrayan avtobus rayondan Bakıya gəlirmiş.Hadisə ilə əlaqədar Səhiyyə Nazirliyi Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova BAKU.WS-ə açıqlamasında bildirdi ki, qəza nəticəsində 10 nəfər yaralanıb, 1 nəfər ölüb.“Qəza zamanı minik maşınının sürücüsü yerindəcə keçinib. Avtobusda olan sərnişinlərdən 4-ü xəstəxanaya aparılıb. Yaralılardna 6 nəfərə isə ilkin tibbi yardım göstərilib”, - deyə Səfayə Əhmədova bildirib.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Bakıda 3 avtomobil toqquşub - 2 ölü, 2 yaralı

Bakıda 3 avtomobil toqquşub - 2 ölü, 2 yaralı

Lökbatan qəsəbəsindən paytaxta gələn yolda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS-in məlumatına görə, Səhiyyə Nazirliyinin əməkdaşı Sə...

4427 Hadisə 19:32 04 may 2018

Son xəbərlər