Toydan qayıdan ailə qəzaya düşdü – 5 yaralı

19
yan
2020
10:50
Toy məclisindən evə qayıdan ailə qəzaya uğrayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Şirinbəy kəndi ərazisində qeydə alınıb.
Belə ki, Cəfərov Elxan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkət edərkən idarə etməni itirib. Avtomobil aşıb.
Qəza nəticəsində sürücü E.Cəfərov və onun ailə üzvləri Cəfərova Aygün, Cəfərova Xanım, 13 yaşlı Cəfərov Fərid Elxan oğlu və 11 yaşlı Cəfərov Elton Elşən oğlu ağır xəsarətlər alıb.
Yaralılar Bakıya 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Oxşar xəbərlər
İmişlidə avtomobil su kanalına düşüb, ölən və yaralananlar var
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun 3-cü kilo...
