VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda elektrik yarımstansiyasından oğurluq etmək istəyən kişini elektrik cərəyanı vurub öldürüb.

BAKU.WS-in məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayon ərazisində baş verib.

Belə ki, 17-ci mikrorayon, 52-ci binanın qarşısındakı yarımstansiyada 35-40 yaşlı naməlum kişi meyiti aşkarlanıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs yarımstansiyanın açar yerinə mexaniki yolla müdaxilə edərək qapını açıb və içəri daxil olub. Elektrik naqillərini oğurlamaq məqsədilə kəsərək toplayıb, növbəti naqili kəsərkən onu elektrik cərəyanı vurub.

Faktla bağlı cinayət işi başlanıb.

BAKU.WS