Bakıda 48 yaşlı ustanı elektrik cərəyanı vurub öldürdü
 
                            
                            
                                08
                                okt
                            
                                2018
                                22:03
                            
                            
                        Bakıda mənzil təmiri ilə məşğul olan ustanı elektrik cərəyanı vurub öldürüb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.Paytaxtın Nərimanov rayon sakini, 1970-ci il təvəllüdlü Mərdanov Afər Avtandil oğlu Suraxanı rayonu, Bülbülə qəsəbəsində Hüseynov Nicat İslava oğluna məxsus yaşayış evinin damının qır örtüyünü təmir edərkən evin üzərindən keçən elektrik cərəyanı vurub.O dərhal 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər xəstənin həyatını xilas edə bilməyib.A.Mərdanov xəstəxanada dünyasını dəyişib.Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Azərbaycanda ŞOK! Oğlunun ölümünə inanmayan ata, onu xəstəxananın həyətində basdırdı - FOTO
Abşeron rayonunda 15 yaşlı məktəblini elektrik cərəyanı vuraraq öldürüb. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alını...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    