Borcdan işığı kəsilən Astara sakinini elektrik cərəyanı vurub öldürdü - VİDEO

Borcdan işığı kəsilən Astara sakinini elektrik cərəyanı vurub öldürdü - VİDEO
Video
Hadisə 2153
Astara rayonunda iki uşaq atasını elektrik cərəyanı vuraraq öldürüb. BAKU.WS “ARB TV”yə istinadən xəbər verir ki, hadisə rayonun Ərçivan kəndində qeydə alınıb. Yaranan borcla əlaqədar Elektrik Şəbəkəsinin əməkdaşları Anar Mürşüdovun yaşadığı evin enerjisini kəsiblər. 40 yaşlı Anar Mürşüdov işdən gəldikdə evdə elektrikin olmadığını görüb və kəsilən elektrik naqilini özü birləşdirmək üçün elektrik dirəyinə çıxıb. Orada onu yüksək gərginlikli elektrik cərəyanı vurub. Ağır xəsarət alan Anar Mürşüdov dərhal yaxınlarının köməkliyi ilə Astara rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ancaq həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı araşdırmalara başlanılıb. BAKU.WS

Oxşar xəbərlər

İsmayıllıda dincələn 4 turisti elektrik cərəyanı vurub, 2 nəfər ölüb

İsmayıllıda dincələn 4 turisti elektrik cərəyanı vurub, 2 nəfər ölüb

İsmayıllı rayonundakı istirahət mərkəzlərindən birində dincələn turistlərdən 2-si bədbəxt hadisə nəticəsində dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb. BAK...

3367 Hadisə 22:42 07 iyul 2017

Son xəbərlər