Azərbaycanda ŞOK! Oğlunun ölümünə inanmayan ata, onu xəstəxananın həyətində basdırdı - FOTO

07
sen
2018
13:30
Abşeron rayonunda 15 yaşlı məktəblini elektrik cərəyanı vuraraq öldürüb. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.Belə ki, Abşeron rayonu, Saray qəsəbəsinin sakini, 2003-cü il təvəllüdlü Asim Məmmədovu elektrik cərəyanı vurub. O, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Asim Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Lakin ata övladının ölümünə inanmayaraq, onu xəstəxananın həyətində basdırıb. Nəticədə hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Bir neçə saatdan sonra oğlunun öldüyünü qəbul edən ata meyiti çıxararaq aparıb. Qeyd edək ki, Asim Məmmədov A.Müzəffərov adına Saray 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir. Faktla bağlı araşdırma aparılır.BAKU.WS






Oxşar xəbərlər
Şəmkirdə 6-cı sinif şagirdi məktəbin həyətində ölüb
Şəmkirdə məktəbli məktəbin həyətində ölüm hadisəsi baş verib.APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çənlibel kəndində baş verib.Kənd sakin...
