Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bu gün saat 04:30 radələrində M. Nəcəfovun idarə etdiyi "MAN" markalı qoşqulu yük avtomobili Bakı–Quba yolunun 16-cı kilometrində hərəkətdə olarkən texniki nasazlıq səbəbindən yük yeri açılaraq körpüyə çırpılıb.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra Yol Patrul Xidmətinin əməkdaşları əraziyə cəlb olunub.
Hadisə yerində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və digər nəqliyyat vasitələri üçün yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülüb.
"Qəza nəticəsində hərəkət hissəsində qalan yük avtomobili operativ şəkildə yoldan kənarlaşdırılıb və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib".
Oxşar xəbərlər
Yasamal rayonunda içməli su xəttində qəza baş verib
Bakının Yasamal rayonu, H.Zərdabi küçəsi 69 ünvanından keçən içməli su xəttində qəza baş verib. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə...