Şəmkirdə qəza olub, xəsarət alanlar var
30
sen
2026
09:15
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı avtomobillərin biri idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Nəticədə 1999-cu il təvəllüdlü S.Yusifov, 1998-ci ltəvəllüdlü F.Niftəliyev və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda qəzaya uğrayan "Mercedes" yandı - Hadisə yerindən GÖRÜNTÜLƏR
Bakı-Qazax yolunun Qaradağ rayonu, Ələt qəsəbəsindən keçən hissəsində avtomobildə yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi...