Ağamirzə vəsiyyətini açıqladı: "3, 7, 40 məclislərində yemək verilməsin"
Yeniliklərdən dərhal xəbərdar olun
Meyxanaçı Ağamirzə Məmmədov vəsiyyətini açıqlayıb.
BAKU.WS xəbər verir ki, o bu barədə aparıcı İlham Mirzəyevin "Etiraf" verilişində danışıb.
Meyxanaçı bildirib ki, 3, 7, 40 kimi yas mərasimlərində dəbdəbəli süfrələrin açılması ağır itki üzverən ailə üçün həm maddi, həm də mənəvi baxımdan böyük narahatlıq və əlavə yük yaradır.
"3, 7, 40 məclislərində yemək verilməsin" - deyə o vurğulayıb.
Bu səbəbdən Ağamirzə övladlarına vəsiyyət edib ki, dünyasını dəyişdikdən sonra yasında yemək verilməsin, onun ruhuna namaz qılınıb, dualar oxusunlar.
Meyxanaçının bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələr yaradıb.
Ətraflı videoda:
Oxşar xəbərlər
Elçin Cəfərov "Yolüstü"nü təqdim etdi
Müğənni-bəstəkar Elçin Cəfərov daha bir romantik sevgi balladasını sevənlərinin ixtiyarına verib. BAKU.WS xəbər verir ki, sənətçi sözləri Azər Şirinə, musiqisi...