Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda hava şəraiti yağıntılı keçib, şimşək çaxıb, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 30-u saat 9:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, düşən yağıntının miqdarı Qusarda 26, Qubada 21, Lerikdə 8, Kürdəmir, Qəbələ, Sədərək, Zaqatala, Ağdamda 6, Gədəbəy, Sarıbaş (Qax), Yardımlı, Göyçay, Şuşa eyni zamanda Bakıda və Abşeron yarımadasında 5, Lənkəran, Zərdab, Oğuz, Şəki, Xaltan, Göygöl, Daşkəsən, Füzulidə 4, İsmayıllı, Şahdağ, Tovuzda 3, Astara, Biləsuvar, Mingəçevir, Şabran, Şahbuzda 2, Xızı, Beyləqan, Sabirabad, İmişli, Tərtər, Bərdə, Yevlax, Gəncə, Naftalan, Ordubad, Culfa, Naxçıvan, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Zəngilanda 1 mm-dək qeydə alınıb.
Oxşar xəbərlər
Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika
Paytaxtın Ağ Şəhər ərazisində nəqliyyat axınını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən layihə üzrə işlər dayandırılıb. BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər...