Bakıda qəzaya uğrayan "Mercedes" yandı - Hadisə yerindən GÖRÜNTÜLƏR
Bakı-Qazax yolunun Qaradağ rayonu, Ələt qəsəbəsindən keçən hissəsində avtomobildə yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı minik avtomobilində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Mercedes" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Şəmkirdə qəza olub, xəsarət alanlar var
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə...