"Birliyin Gücü - 2026" birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib
Bakıda "Birliyin Gücü - 2026" birgə hərbi təlimində iştirak edən müşahidəçilər ilə görüş keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində təşkil edilən tədbirdə müxtəlif ölkələrdən olan müşahidəçilərə təlimin məqsədi, keçirilmə mərhələləri və tapşırıqları barədə ətraflı məlumat verilib.
Bildirilib ki, təlimdə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının müxtəlif taktiki tapşırıqları yerinə yetirməsi, bölmələr arasında uzlaşmış qarşılıqlı fəaliyyətin və idarəetmə imkanlarının təkmilləşdirilməsi nəzərdə tutulur.
Görüşdə, həmçinin təlim zamanı təhlükəsizlik qaydalarına riayət olunması və müşahidəçilərin fəaliyyətinin təşkili ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Sonda müşahidəçiləri maraqlandıran suallar cavablandırılıb.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. BAKU.WS xəbər verir ki, bu barədə Pr...