Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Xəstəxanalıq olan 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Xəstəxanalıq olan 10 nəfərin son vəziyyəti açıqlandı
Hadisə 41

Cəlilabad rayonunda zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən sakinlərin vəziyyəti məlum olub.

BAKU.WS Oxu.Az-a istinadən cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 29-da saat 23:00-da zəhərlənmə şübhəsi ilə 10 nəfər (beş kişi, beş qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.

*** 01:28

Cəlilabad rayonunda zəhərlənmə olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bir qrup rayon sakini zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin olaraq onların sayının 10 nəfər, aralarında uşaqların da olduğu deyilir.

Belə ki, Biləsuvar rayonunda əsgər yolasalma qonaqlığında iştirak edən ailə üzvləri evə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.

Onların qonaqlıqda yedikləri paytaxt salatından zəhərləndikləri ehtimal olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər