Azərbaycanla İran arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində bu ölkənin rəsmiləri ilə geniştərkibli görüşlər keçirib.
Bu barədə BAKU.WS-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşlərdə ölkə başçıları arasında formalaşmış səmimi münasibətlərin ikitərəfli əlaqələrin inkişafına və birgə layihələrin icrasının sürətlənməsinə çox müsbət təsir göstərdiyi vurğulanıb.
Səfər zamanı İran Parlamentinin sədri Məhəmməd Qalibaf ilə keçirilən görüşdə ölkələrimiz tərəfindən irəli sürülən birgə təşəbbüslərin reallaşmasında və qarşılıqlı əlaqələrin daha da yaxınlaşmasında parlamentlərin vacib rolu qeyd edilib.
Daha sonra nümayəndə heyəti İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsin Rzai ilə görüşüb və ikitərəfli gündəliyin aktual məsələləri müzakirə edilib.
Səfər çərçivəsində nümayəndə heyəti İranın neft naziri Möhsin Paknejad və energetika naziri Abbas Aliabadi ilə məhsuldar müzakirələr aparıb,hər iki ölkənin iqtisadiyyatı üçün önəmli olan layihələr nəzərdən keçirilib və əməkdaşlıq perspektivləri dəyərləndirilib.
Qalereya
Oxşar xəbərlər
Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb
Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb. BAKU.WS report-a istinadla xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə (60 nəfər) kö...