Milli tennisçi Tamerlan Əzizov ilk dəfə ATP reytinqinə daxil olub

Milli tennisçi Tamerlan Əzizov ilk dəfə ATP reytinqinə daxil olub
İdman 40

Milli tennisçi Tamerlan Əzizov ilk dəfə ATP reytinqinə daxil olub.

BAKU.WS xəbər verir ki, Tamerlan Əzizov peşəkar karyerasında mühüm uğura imza ataraq ilk ATP reytinq xallarını həm tək, həm də cütlər kateqoriyasında qazanıb.

Tamerlan Əzizov hazırda həm tək, həm də cütlər üzrə ATP reytinqində yer alan yeganə milli oyunçudur.

Bu nailiyyət Tamerlan Əzizovun karyerasında mühüm mərhələ olmaqla yanaşı, onun beynəlxalq tennis arenasında gələcək çıxışları üçün yeni imkanlar yaradır.

Azərbaycan Tennis və Padel Federasiyası Tamerlan Əzizovu bu əlamətdar uğuru münasibətilə təbrik edir, ona gələcək yarışlarda uğurlar, yeni qələbələr və ATP reytinqində daha yüksək mövqelər arzulayır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər