Azərbaycan - Lixtenşteyn matçının hakimləri açıqlandı

Azərbaycan - Lixtenşteyn matçının hakimləri açıqlandı
İdman 21

UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Azərbaycan və Lixtenşteyn arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb.

BAKU.WS xəbər verir ki, qarşılaşmanı Avstriyadan olan briqada idarə edəcək. FIFA referisi Kristian Petru Çoçirka baş hakim olacaq. Ona Maksimilian Veys və Mihael Obritzberger kömək edəcəklər. Dördüncü hakim Şəfəq Barmaksızdır.

VAR-da Manuel Şüttengruber, AVAR-da isə Aleksandr Harkam fəaliyyət göstərəcək.

Xatırladaq ki, Azərbaycan - Lixtenşteyn görüşü oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər