Aİ-nin 6 ölkəsi Brüsselə ultimatum verdi

Aİ-nin 6 ölkəsi Brüsselə ultimatum verdi
Dünya 28

Avropa İttifaqının altı üzv ölkəsi 2028–2034-cü illər üçün nəzərdə tutulan yeni büdcə layihəsinə qarşı çıxıb. Almaniyanın rəhbərlik etdiyi qrup xərclərin yüz milyardlarla avro azaldılmaması halında layihəni dəstəkləməyəcəklərini bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Məlumata görə, Almaniya ilə yanaşı Niderland, İsveç, Danimarka, Avstriya və Finlandiyanın liderləri Avropa İttifaqına məktub göndərərək büdcə xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını tələb ediblər.

Avropa Komissiyasının təklifinə əsasən, yeni yeddiillik büdcənin həcmi təxminən 2 trilyon avroya çata bilər. Altı ölkənin liderləri isə sənədin əsaslı şəkildə yenidən işlənməli olduğunu vurğulayıblar.

Onlar vəsaitlərin müdafiə xərclərinə və innovativ şirkətlərin dəstəklənməsinə yönəldilməsini, kənd təsərrüfatı və nisbətən az inkişaf etmiş regionlara ayrılan maliyyənin isə azaldılmasını təklif edirlər. Bu istiqamətlər hazırda Aİ büdcə xərclərinin təxminən üçdə ikisini təşkil edir.

Aİ büdcəsinin təsdiqlənməsi üçün 27 üzv dövlətin hamısının razılığı tələb olunur. FT-nin məlumatına görə, hazırda Aİ-yə sədrlik edən İrlandiyaya oktyabrın ortalarına qədər tərəflərin mövqelərini yaxınlaşdıracaq kompromis təklif hazırlamaq tapşırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər