Qax rayonunda sərxoş şəxs qadına qarşı xuliqanlıq edib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun mərkəzindəki "Qafqaz" restoranında baş verib.
Restoranda spirtli içki qəbul edən rayon sakini, 1990-cı il təvəllüdlü Qəşəm Yadulla oğlu Xəlilov spirtli içkinin təsirinə düşərək səs-küy salıb. Q.Xəlilov həmin vaxt restoranda olan rayon sakini Kəmalə Cəfərovaya hücum edərək onu döyüb. Hadisə yerinə gələn polislər Q.Xəlilovu nizam-intizama dəvət etsələr də, cəhdləri boşa çıxıb. Polis əməkdaşlarını da təhqir edən sərxoş şəxs restorandan çıxaraq küçədə avtoxuliqanlıq etməyə başlayıb.
Qax rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının səyi nəticəsində süni tıxac yaradılaraq Q.Xəlilov saxlanılıb.
Faktla bağlı Qax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
BAKU.WS
Əvvəl restoranda qadını döydü, sonra avtoxuliqanlıq etdi
14
noy
23:01

Zərdabda avtoxuliqan belə həbs edildi - VİDEO
Azərbaycanda polisi vəzifə başında döydülər
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO/FOTO
Qubada iki dost bir-birini bıçaqladı
Qalmaqallı “Riyad”çılar məhkəmə qarşısında
Bakıda mağazaya hücum edən mühafizəçilər saxlanıldı - RƏSMİ (VİDEO)
Restoranda polisi döyənlərə cinayət işi açıldı
Bakıda kafedə polislərin döyülməsilə bağlı rəsmi məlumat
- Polis sevgilisindən ayrılan Pərvin Abıyeva yenə də olaya səbəb oldu - FOTO
- Bakıda maşında erməni mahnısına qulaq asanlar bunlar olub - VİDEO
- İlkinlə həyat yoldaşının İstanbul gəzintisi - FOTO
- Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
- Şəmkirdə beş nəfərin öldüyü qəza ilə bağlı ŞOK FAKTLAR
- Nazirin Pərvinə görə işdən çıxardığı polisdən gözlənilməz addım - VİDEO
- Yanvarın 1-dən dövlət tərəfindən hər kəs üçün 90 manat ayrılacaq
- Pərvin və polis sevgilisinin daha bir QALMAQALLI VİDEOsu
- Elçin Əlibəylinin xanımı Dilrubə Vaqifqızı hər şeyə aydınlıq gətirdi - MÜSAHİBƏ+FOTO
- Xalq artistinin özündən gözəl qızı hər kəsi heyran qoydu - FOTO